Ev Cəmiyyət

120 yaşlı ağbirçək…

PAY
Tovuz Ağbirçək

Övladları kənd sakinlərinin onun yanına məsləhlətə gəldiyini,hətta illərlə küsüllü olanları barışdırdığını deyir. Bir sözlə hər kəsin sevimlisi olan Məryəm Mehdiyeva Tovuz rayon Aşırallar kəndinin ən uzunömürlü sakinidir.  Düz 120 il öncə Tovuzun Alakol kəndində dünyaya göz açan Məryəm nənə 18 yaşında Aşırallar kəndinə gəlin köçüb. 5 övlad dünyaya gətirən bu ağbirçəyin hazırda nəvə-nəticələrinin sayı 60-a yaxındı.Gümrahlığı ilə seçilən 120 yaşlı Məryəm Mehdiyeva rahat şəklidə telefonla danışır,qohum əqrəbasını şəkilllərdən belə seçib tanıyır. Hətta övladları onun ötən ilə qədər təsərüffat işləri ilə məşğul olduğunu da dedilər. Uzun illər üzüm bağlarında,pambıq tarlarında çalışan Məryəm Mehdiyeva övladlarını çətinliklə böyüdüb.Gəlinlərindən narazlığı yoxdu,120 yaşlı qadının. Elə onlarda razlıq etdilər qaynanalarından. Hər zaman gəlinlərə yol göstərən,çətin işi özü görən Məryəm nənənin xüsusi yeməkləri də varmış…100 ili arxada qoyub,ikinci gəncliyini yaşayan Məryəm Mehdiyevanın uzun ömürlük sirrini araşdırmağa çalışdıq. Oda məlum oldu ki,Aşırallar sakinin atası,nənəsidə 100 ildən artıq ömür sürüb. Bundan belə nəticəyə gəlinir ki,elə uzun ömürlü olmaqda nəsildən-nəsilə keçir.

(www.qerb.info)

PAY