Ev Cəmiyyət

Tovuzda eyni yolda iki avtoqəza baş verib…

PAY
Tovuz Hadisə

Son zamanlar rayonda avtoqəzaların sayı artıb. Bir gündə Tovuzda eyni yolda iki qəza qeydə alınıb. Təxminən saat 18:00 radələrində Heydər Əliyev prospektində baş verən 1-ci hadisədə Bakir Əmiraslanovun idarə etdiyi «VAZ -21-06» markalı avtomobili sahibi məlum olmayan «Mercedes» markalı avtomobil vuraraq qaçıb. Qəza zamanı VAZ yoldan çıxaraq mağazaya çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobilə xeyli ziyan dəyib. Daha bir avtoqəza təxminən saat 21:10 radələrində eyni yolda qeydə alınıb. İki «Mercedes» markalı avtomobilin toqquşmasında xəsarət alan olmasa da avtomobillərə ziyan dəyib. Hər iki faktla bağlı Tovuz Polisi araşdırma aparır.(kepez tv)

PAY