Ev Cəmiyyət

Bu il tovuzlu məzunların 44 nəfəri ali hərbi məktəb və liseylərə qəbul edilib…

PAY
Tovuz Təhsil

Sentyabrın 9-da Tovuz rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.
AzərTAc xəbər verir ki, konfransda 2013/2014-cü tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələrlə bağlı məruzə dinlənilib. Bildirilib ki, bu il rayonun ümumtəhsil məktəblərinin məzunlarından 489 nəfəri ali məktəblərə qəbul olunub. Onlardan 83 nəfəri 500-dən, 22 nəfəri isə 600-dən yuxarı bal toplayıb. Məzunların 44 nəfəri ali hərbi məktəblərə və liseyə, hərbi tibb məktəbinə qəbul edilib.
Diqqətə çatdırılıb ki, son yeddi ildə 450-dən çox tovuzlu gənc ali hərbi məktəblərə və liseylərə qəbul olunub. Cari ildə buraxılış imtahanlarının nəticələrinə görə 1 nəfər məzun qızıl medala layiq görülüb.
Konfransda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində xidmətləri xüsusilə qeyd edilib. Bildirilib ki, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində son illər rayonda üç məktəb binası istifadəyə verilib. Bundan əlavə, dövlət vəsaiti hesabına 18 məktəb binası inşa olunub.
Vurğulanıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ötən tədris ilində Aşağı Öysüzlü kənd tam orta məktəbinin müəllimi İlqar Həsənov “Əməkdar Müəllim” fəxri adına layiq görülüb.
Sonda konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

PAY