Ev Cəmiyyət

BSU-nun Məktəb-Lisey Kompleksi Qovlar şəhərindəki tam orta məktəblə müqavilə imzalayıb…

PAY
Tovuz Təhsil

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun reallaşdırdığı layihələrdən biri də  “Qardaşlaşmış məktəblər” layihəsidir.
AzərTAc xəbər verir ki, layihə çərçivəsində sentyabrın 9-da Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksi ilə Tovuz rayonunun Qovlar şəhərindəki S.Kazımov adına tam orta məktəb arasında “Qardaşlaşmış məktəblər” müqaviləsi imzalanıb.
Müqaviləni Məktəb-Lisey Kompleksinin direktoru İlahə Carçıyeva və Qovlar şəhərindəki S.Kazımov adına tam orta məktəbin direktoru Rahilə Yusifova imzalayıblar.
Mərasimdə Bilik Fondunun nümayəndəsi Mətin Məmmədli çıxış edərək bildirib ki, layihənin əsas məqsədi respublikanın orta ümumtəhsil məktəblərində təhsil alan yeniyetmə və gənclərin biliyə marağının artırılması, şagirdlər arasında Azərbaycan tarixinin və mədəniyyətinin, eləcə də vətənpərvərlik ruhunun təbliğidir.
Sonra qardaşlaşmış məktəblər bir-birinə hədiyyələr təqdim ediblər.
Rayona səfərləri çərçivəsində Məktəb-Lisey Kompleksinin şagirdləri və müəllimləri Tovuz rayonunun gəzməli və görməli yerləri ilə tanış olublar.

PAY