Ev Cəmiyyət

Türkiyə səfirliyi Trend-in əməkdaşını mükafatlandırdı…

PAY
Tovuzlular Rufiz Hafizoğlu

Tovuzlular Türk ordusu

Bu gün Türkiyənin Azərbaycandakı səfirliyində Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasının 96 illiyi qeyd olunur.Trend-in məlumatına görə, tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun, azərbaycanlı millət vəkilləri və ziyalılar iştirak ediblər.Tədbir zamanı səfiri İsmayıl Alper Coşqun Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri Rufiz Hafizoğluya Qubanın Susay kəndindəkik məzarının tapılması və məsələnin gündəmdə saxlanılması üçün göstərdiyi səylərə görə təşəkkür lövhəsi təqdim edib.Qeyd edək ki, 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunmuş, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.Qafqaz İslam Ordusu Bakının azad olunması üçün aparılan döyüşlərdə 1130 şəhid verib.Hal-hazırda Azərbaycanın Bakı, Şəki, Şamaxı, Göyçay, Kürdəmir, Neftçala şəhərlərində türk şəhidlərinin məzarlıqları və onların xatirəsinə ucaldılmış abidələr var .Qubanın Susay kəndindəki türk şəhidin məzarı yerli əhali tərəfindən bu günə qədər qorunub saxlanılır və ziyarət edilir. Kənddəki türk şəhidin məzarı yerli sakin Nazim Pəncəliyev tərəfindən restavrasiya edilib.

PAY