Ev Cəmiyyət

Qovlarda qatar adam vurub…(video)

PAY
Tovuz Dəmiryolu

Tovuz rayonunun Qovlar şəhərində 37 yaşlı kişini qatar vurub.Tovuz rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə baş verib.Rayonun Əyyublu kənd sakini, 1977-ci il təvəllüdlü Rzayev Qabil Fərman oğlu Qovlar şəhərində dəmir yol xəttinin keçmək istəyərkən qatar onu vurub. Q.Rzayev kəllə-beyin travması və bədənin müxtəlif hissələrinin sınığı diaqnozu ilə Tovuz Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildiriblər.Faktla bağlı araşdırma aparılır.

PAY