Ev Cəmiyyət

TGDK-nın sədri Tovuzda vətəndaşları qəbul edəcək…

PAY
Tovuz TGDK

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların problemlərinin həllinə kömək göstərirlər.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Tovuz şəhərində vətəndaşları qəbul edəcək.TQDK-dan AzərTAc-a bildiriblər ki, qəbul sentyabrın 26-da saat 12.00-da Tovuz şəhər Olimpiya-İdman Kompleksində keçiriləcək. Qəbulda Tovuz, Ağstafa və Qazax rayonlarının sakinləri iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar TQDK-nın internet saytına (eservices.tqdk.gov.az/SedrinQebulu) daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Tovuz, Qazax və Ağstafa rayonlarının təhsil şöbələrinə, eləcədə TQDK-nın Gəncə Regional Bölməsinə müraciət edə bilərlər.
Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

PAY