Ev Cəmiyyət

Tovuzda 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol nəqliyyat qəzası baş verib…

PAY
Tovuz Hadsiə

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Qazax magistral yolunun Tovuz rayon Cəlilli kəndindən keçən hissəsində baş verib.Şəmkir rayon Nərimankənd kənd sakini 67 yaşlı Fərhad Həsənovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Tovuz rayon Əlimərdanlı kənd sakini 27 yaşlı Rauf Məmmədovun idarə etdiyi “VAZ-2104” markalı avtomobil toqquşub. Qəza zamanı hər iki avtomobilin sürücüsü və “VAZ-2106”da olan, sürücünü həyat yoldaşı 59 yaşlı Səlbi Həsənova müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstələrdən birinin vəziyyəti ağır, digər ikisinin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Hadisə ilə bağlı Tovuz Rayon Polis şöbəsində araşdırma aparılır.

PAY