Ev Cəmiyyət

Tovuz rayonunda Neftçilər Günü qeyd olunub…

PAY
Tovuzlular Neftçilər günü

Tovuz rayonunda 20 sentyabr — Neftçilər Günü qeyd olunub.AzərTAc xəbər verir ki, rayonun qaz təsərrüfatı işçiləri Tovuz şəhərinin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.Tədbirdə çıxış edənlər qaz təsərrüfatı işçilərini peşə bayramları münasibətilə təbrik edib, ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının ölkəmiz üçün əhəmiyyətindən danışıblar. Bildirilib ki, respublikanın hər yerində olduğu kimi, Tovuz rayonunda da yaşayış məntəqələrinin qazlaşdırılması davam etdirilir.Qeyd edilib ki, rayonun 48 yaşayış massivi təbii qaz yanacağı ilə təmin olunub. Təbii qaz yanacağından istifadə edən abonentlərin sayı 29 mindən artıqdır. Hazırda rayonun ucqar dağ kəndlərinin qazlaşdırılması istiqamətində işlər görülür. Yaxın gələcəkdə isə rayonun bütün kəndlərinin qazlaşdırılması nəzərdə tutulub.

PAY