Ev Cəmiyyət

Xəzər Tv-nin 28 yaşlı müxbiri 4-cü dəfə ata oldu…

PAY
Tovuz Rahim İbrahimoğlu

Çəkənlərin çəkdikləri! Hərdənbir də olsa bizi düşündürür. Görəsən, onlar bir çəkilişi sona yetirənəcən nələr çəkirlər?! Əbəs yerə söz açmadım bu şərəfli peşədən onun layiqli peşəkarlarından biri də Rahim İbrahimoğludur. Əcəb tarazlıq var ata-bala adında. Ata hətta öz adından da balasına pay ayırmağı unutmayıb. Cəmi iki hərfini (ib) özünə saxlayıb. Amma RAHİM-i böyüdüb boya-başa çatdırıb. Rahim də həyatda çox əziyyətlər çəkib,oxuyub bu səviyyəyə çatıb. Bu gün oda atalıq hissini növbəti dəfə yaşayır onun 4-cü övladı Fərahim Məmmədli dünyaya gəlib. Bu ata da öz adını bütövlükdə övladına verib. 3 qız bir oğul atası olan 28 yaşlı gənc jurnalist 5 ilə yaxındı Goranboydan Tovuza işləmək üçün gəlib. Hazırda bu rayonda kirayədə yaşayır. İlk iş yeri Tovuzdan dünyaya səs salan «Türkel TV» olub,2013-cü ildən isə «Xəzər TV»-nin qərb müxbiridir. Tamaşaçılar onu daha çox səngərdə görüb,tanıyıb. Düşmənə düşmən, dosta dost gözüylə baxılan bölgədə ən sevilən müxbirlərdəndi. Əlibəyli,Köhnə Qışlaq, Məzəm onun ən çox reportaj etdiyi kəndlərdir. Düşmənin pis əməllərini, ən əsası isə mənfur ermənilərin ordumuzun qüdrəti qarşısında nə çəkdiklərini də Rahimin komandası çəkib tamaşaçıya agah edib. Rahimin kapitanı olduğu bu komanda bölgədə baş verən hər bir maraqlı hadisəni önə çəkə bilir. Özü də hiss olunur ki, nə çəksə sevgidən çəkir,sevə-sevə çəkir. Ona qələbəmizi çəkməyi arzulayırıq. Həmçinin 4 övladı və xanımı ilə xoş günlər yaşamağı…

Gülnar Səma

(Biz də — www.tovuzlular.com —  olaraq öz adımızdan təbrik edirik! Atalı-analı böyüsün,xoşbəxt yaşasın!)

 

PAY