Ev Cəmiyyət

Qovlar şəhərində yeni uşaq bağçasının təməli qoyulub…

PAY
Tovuz Uşaq baxçası

Oktyabrın 3-də Tovuz rayonunun Qovlar şəhərində yeni 100 yerlik uşaq bağçasının təməlinin qoyulması mərasimi keçirilib.AzərTAc xəbər verir ki, mərasimdə çıxış edənlər son illərdə respublikamızda yüzlərlə uşaq bağçasının, uşaq evinin tikilməsinin, bir çoxunun isə yenidən qurulmasının ölkədə uşaqlara göstərilən diqqət və qayğının mühüm tərkib hissəsi olmaqla yanaşı, həm də Azərbaycanın gələcəyinin daha etibarlı təminatına geniş imkanlar açdığını vurğulayıblar. Qeyd edilib ki, bu işdə Heydər Əliyev Fondunun fəaliyyəti danılmazdır. Fondun bu sahədə həyata keçirilən dövlət siyasətinə verdiyi dəstək və onun təşəbbüsü ilə tikilən yeni bağçalar Azərbaycan ictimaiyyətinin böyük rəğbətinə səbəb olub.Bildirilib ki, yeni inşa olunacaq bağçada körpə fidanların istirahəti və təhsillərinin ilkin mərhələsi üçün hər cür şərait yaradılacaq. Mərasimdə qeyd olunub ki, hazırda Tovuz şəhərində inşa olunan 100 yerlik uşaq bağçasında işlər yekunlaşmaq üzrədir. Yaxın günlərdə Tovuz şəhərində daha bir 100 yerlik uşaq bağçasının tikintisinə başlanılacaq.
Qovlar şəhərinin sakinləri onların övladları üçün yaradılan bu şəraitə görə Prezident İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.

PAY