Ev Cəmiyyət

Məmməd İsmayılın “70-dən sonra” adlı şeirlər kitabı…

PAY
Tovuz Məmməd İsmayıl

Tovuz Məmməd İsmayıl

Bu il 75 yaşı tamam olan şair Məmməd İsmayılın “Elm və təhsil” nəşriyyatında “70-dən sonra” adlı şeirlər kitabı çap olunub.Adından göründüyü kimi, kitabda şairin son beş ildə qələmə aldığı şeirlər və poema yer alıb. Eyni zamanda vaxtilə kiril əlifbasında çap olunan maraqlı şeirlər daxil edilib kitaba. Kulis.az-ın məlumatına görə, kitabla yanaşı şairin öz səsi ilə şeirləri, şeirlərinə bəstələnən mahnılar, sözlərinə oxunan saz havaları toplanmış disk də buraxılıb.  75 illik yubileyi ərəfəsində Məmməd müəllimin “İz” adlı daha bir kitabı – eyni adlı romanı Azərbaycan və türk dillərində nəşr ediləcək. Eyni zamanda noyabr ayında Bakıda M.İsmayılın 75 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq. Yubiley tədbirlərinin türkiyə və Rusiyada da keçiriləcəyi gözlənilir.

Məlumat üçün qeyd edək ki, M.İsmayıl hazırda Türkiyədə yaşayır və Çanaqqala Universitetinin professorudur.

PAY