Ev Cəmiyyət

Azərbaycanın Dövlət Müstəqilliyi Günü..

PAY
Tovuz Müstəqillik günü

Qanımızla, canımızla qazandığımız bayramımız mübarək!
Müstəqillikdən,azadlıqdan şirin nə ola bilər ki,?
Çünki ölməkdən də ağır bir şey var: VƏTƏNİ və İNAMI İTİRMƏK… Onu da olanlar bilər…
Bu gün — oktyabrın 18-i Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür.
1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi.
Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında «Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktı yekdilliklə qəbul edildi.
Azərbaycanda dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Referendum bülleteninə bir sual yazılmışdı: «Siz «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?»Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.
1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəylinin, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edildi.
1991-ci il oktyabrın 18-dən Azərbaycan müstəqil, suveren bir ölkədir və xalq bu tarixi bayram kimi qeyd edir.

PAY