Ev Cəmiyyət

Tovuzlu Alayı tanı…

PAY
Tovuz Alay Səmədov

Tovuz Alay Səmədov

Hörmətli oxucularımız! Bu gün sizə Tovuzun sayılıb seçilən el şairlərindən biri,əlli dörd il ömüründə yüz yaşlı bir insanın yaratdıqları qədər yaradan, həmyerlimizi bir daha tanıtmaq istəyirik. Cavan Alay ləqəbi ilə yazan Səmədov Alay Məmməd oğlu 1942-ci ildə Tovuz rayonun Əlimərdanlı kəndində dünyaya göz açıb. Şeirlərində  xalq ədəbiyyatı ənənələrini qoruyub saxlayıb,üstünlük verib. Lirik,duyğusal,məhəbbət, Vətənə və elə -obaya,xalqa bağlılıq,mənəvi ucalıq,pakliq və insanlıq- yaradıcılığının əsas mövzusu və xətti olub.

Tovuz Alay Səmədov   Tovuz Alay Səmədov

Bu gün onun «Tovuzlu Alayı tanı»şeirlər kitabından bir şeir təqdim edirik! Ruhu şad olsun,Allah rəhmət eləsin!

Eylər…

İnsan olan bu dünyadan köçüncə,

Çalışıb üstündə yaxşı ad eylər.

Pis qohumdan şirin şərbət içincə,

Belə aşnalığı müdham yad eylər.

 

Hər şerin qüdrəti varlıqdı məncə,

Du-yek gülər ,olmaynda şeş-pəncə.

Pak ürək,pürkamal,sağlam düşüncə

Kimdə olsa,o,ömrünü şad eylər.

 

Tovuzlu Alayam,söylərəm belə,

Var-dövlət güdmərəm,güvənnəm elə,

Baxtım yatıb,işim düşsə müşkülə ş

El məni qaldırar,el imdad eylər.

 

Ərhun

PAY