Ev Cəmiyyət

Tovuzda keçirilən kurslarda seçki prosesində KİV-in rolu müzakirələri…

PAY
Tovuz Seçki

Bələdiyyə seçkiləri ilə əlaqədar dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün Tovuzda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda seçki prosesində KİV-in rolu müzakirə olunub.
105 saylı Tovuz seçki dairəsi dairə seçki komissiyasının sədri Əhməd İbrahimov AzərTAc-a bildirib ki, kursların ikinci günü rayon məhkəməsinin sədri Könül Məmmədov “Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri”, MSK-nın nümayəndələri Rəşid Yusifbəyli və Cavid Zeynalov “Seçki prosesində KİV-lərin rolu və xarici müşahidəçilərin hüquq və vəzifələri”, dairə seçki komissiyasının sədri Əhməd İbrahimov “Seçici siyahıları ilə iş qaydası” mövzularında çıxış ediblər.
Dinləyicilərin seçki prosesi ilə bağlı sualları cavablandırılıb.

PAY