Ev Cəmiyyət

Tovuzda bir ailədə zəhərlənmə…

PAY
Tovuz Zəhərlənmə

Ötən gün Tovuz rayonunda qidadan kütləvi zəhərlənmə qeydə alınıb.Bir ailənin 7 üzvü pomidor turşusundan zəhərləndiyi deyilir.Tovuz rayon mərkəzi xəstəxanasının baş həkimin müavini Sayad Yusifovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində baş verib.Dünən saat 21 radələrində həmin kənddə yaşayan Xəqani Yusifov, həyat yoldaşı və 5 övladı xəstəxanaya gətirilib. Onların qidadan zəhərləndiyi müəyyənləşib. Bildirdiklərinə görə, pomidor turşusundan zəhərləniblər. Hazırda vəziyyətləri stabildir”, — deyə Sayad Susifov bildirib.Qeyd edək ki, ailənin 14 yaşlı qız övladı Aygün Yusifovanın vəziyyəti nisbətən daha ağırdır.

PAY