Ev Cəmiyyət

Tovuzda avtomobillər toqquşdu…

PAY
Tovuz Hadisə

Tovuzda “Vaz 2107” markalı avtomoblillə “Vaz 2106” markalı avtomobilin toqquşması nəticəsində qəza olub. Hadisə Həzi Aslanov küçəsi ilə Rövşən Məmmədov küçəsinin kəsişməsində baş verib. Qəzaya “Vaz 2107”-nin sürücüsü, Sabirabad rayon sakini İlkin Cəfərovun işıqforun qırmızı işığında keçməsi səbəb olub. Hər iki avtomobilə ciddi ziyan dəyib. Ölən və xəsarət alan yoxdur. Hadisə ilə bağlı Tovuz rayon polis idarəsinin yol patrul xidmətinin əməkdaşları araşdırma aparır.

NİCAT ABDULLAYEV (ttv.az)

 

PAY