Ev Cəmiyyət

Alakolda becərilən xurma Rusiya bazarında…

PAY
Tovuz Xurması

Yağmurlu hava yığıma mane olsa da,kəndlilərin üzü gülür.Səbəb min bir əziyyətlə becərdikləri xurmanın bol məhsuldarlığı və ötən ilə nisbətən baha satışdır. Tovuzun Alakol kəndində bu meyvənin  becərilməsinə maraq böyükdür. Kəndlilər yeşiklərə yığılan məhsulu 7 manata satırlar ki,bu da ötən ilki qiymətdən 3 manat bahadır. Alakoldan yığılan xurma elə həyətlərdə satılır. Rayonda xurmanın şişburun, yastı və karalyok növləri yetişdirilir. Xurma  yağmursuz, günəşli havada toplanmalıdır ki, tez xarab olmasın. Hazırda məhsul yığılsa da , soyuq şəraitdə, yolboyu üzərinə don düşdükdən sonra tam yetişəcək.  Rayonda 200 hektardan çox xurma bağları mövcuddur.  Əsasən həyətlərdə becərilən adıçəkilən bitkinin gələcəkdə açıq sahələrdə əkilməsi gözlənilir.(qerb.info)

PAY