Ev Cəmiyyət

Tovuzda Aşura günü …(video)

PAY
Tovuz Aşura günü

Hicri Qəməri təqviminin ilk ayı olan Məhərrəm ayının 10-u Aşura günü kimi qeyd olunur. Bu gün oruc tutmaq, ibadət etmək Allaha xoş gedən əməllərdəndir. Bundan əlavə, hər ilin bu günündə dini mərasimlər təşkil olunur.İslamda müqəddəs gün kimi qeyd olunan Aşura günü insanlar  bir-birinə xeyirxahlıq  edir və dini ayinləri yerinə yetirir.  Ölkənin əksər yerlərində olduğu kimi, Tovuzda da dini mərasimlər təşkil olunub. Dindarlar rayon əhalisinə bu günün tarixi ilə bağlı məlumat verir. Əvvəllər Aşura günündə qan çıxartmaq üçün bəziləri qurşağadək soyunaraq zəncir və ya başqa alətlərlə bədənə xəsarət yetirirdilər. Amma İslamda bəyənilməyən bu kimi adətlər son illər aradan qaldırılıb. İndi dindarlar insanlara bu günün əsl mahiyyətini çatdırır.

QMİ-NİN TOVUZ RAYONU ÜZRƏ NÜMAYƏNDƏSİ HACI NƏRİMAN İBAYEV: “20 faiz torpağımız işğal altındadır. Ona görə də millət üçün bu cür tədbirlər vacibdir. Bundan istifadə edib insanlara başa salmaq lazımdır ki, Peyğənbərimiz (S) də, dediyi kimi vətəni sevmək imandandır.”

Aşura mərasimləri məscidlərdə, ibadət ocaqlarında, habelə, xüsusi ayrılan məkanlarda ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilir. Təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmaqla yanaşı, həmçinin vətən uğrunda canını verənlərin əziz xatirəsi də yad edilir. Mərasimə gələnlər şəhidlər xiyabanını da ziyarət etdilər.

NİCAT ABDULLAYEV (ttv.az)

PAY