Ev Cəmiyyət

Aşıq sənəti : Azərbaycan xalqının qədim tarixi və mədəniyyəti…

PAY
Tovuz Aşıq sənəti

İkinci dəfədir ki, Bakıda keçirilən beynəlxalq aşıq festivalının iştirakçısıyam. İnsanlar bu festivalı bayram əhval-ruhiyyəsi ilə qarşılayır. Çünki bu xalqın yaratdığı sənətdir. Bu sənət Azərbaycan xalqının qədim tarixini və mədəniyyətini özündə əks etdirir. Sizdə aşıq sənətinə yüksək qiymət verilir. Mən xoşbəxtəm ki, bu gözəl məkanda təşkil olunan belə bir möhtəşəm el bayramında iştirak edirəm. Bu sözləri AzərTAc-a müsahibəsində İkinci Beynəlxalq Aşıq Festivalında iştirak etmək üçün Tehrandan gəlmiş aşıq Fəraməz Gözəli söyləyib. O deyib: “Azərbaycan hökuməti aşıq sənətinə, aşıqların yaradıcılığına yüksək qiymət verir. Təsadüfi deyil ki, bu müqəddəs sənət Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın səyi nəticəsində UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni irsinin reprezentativ siyahısına daxil edilib. Bu olduqca təqdirəlayiq bir işdir. Bu, həm də sənətə və sənətkara verilən qiymətin bariz nümunəsidir”. Qonaq Azərbaycanı gəzəcəyini, festival çərçivəsində Qazax, Gədəbəy, Şəmkir, Tovuz və Ucar şəhərlərində də çıxışlar edəcəyini bildirib.

 

PAY