Ev Cəmiyyət

Həmyerlimiz şair, publisist Məmməd İsmayılın 75 illik yubileyi keçirilib…

PAY
Tovuz Məmməd İsmayıl

11 noyabrda Aktyor evinin səhnəsində “Hələ yaşamağa dəyər” adlı tədbirdə onun çoxşaxəli yaradıcılığına nəzər salınıb.Ədəbi fəaliyyətə başladığı vaxtdan bir çoxlarına örnək əsərlər ərsəyə gətirən sənətkar ölkəmizin hüdudlarını aşmağı bacarıb. Bildirilib ki, şairin şeirləri xaricdə bir sıra mətbuat orqanlarında çap edilib. Pedaqoji fəlaiyyətlə də məşğul olan Məmməd İsmayılın müxtəlif dövrlərdə işıq üzü görən kitabları dövrünün oxucu kütləsi tərəfindən maraqla izlənilib.Tədbirdə millət vəkilləri, tanınmış ədəbiyyat və mədəniyyət xadimləri, ziyalılar, şeirsevərlər, şairin yaxınları və dostları iştirak etdi. Yubiley gecəsində M.İsmayılın sözlərinə bəstələnən mahnılar səsləndi, saz musiqisi ifa olundu və yeni kitabları təqdim edildi…

PAY