Ev Cəmiyyət

Tovuzda 13 kəndi birləşdirən yolun tikintisi… (video)

PAY
Tovuz Asfalt yol

Tovuz  kəndlərinin yolları asfaltlanır. Uzunluğu 34 kilometrə yaxın olan Tovuz – Hunanlar – Qaraxanlı — Düz Cırdaxan avtomobil yolundan 13 yaşayış məntəqəsinin sakini yararlana biləcək. Yolun 2015-cilin yayında tam istifadəyə verilməsi planlaşdırılır.Bu yollar uzun illərdir ki, bərpa olunmurdu. Buna görə də ətraf kəndlərdə yaşayan sakinlər rayon mərkəzinə çətinliklə gəlirdilər. Tovuz – Hunanlar – Qaraxanlı — Düz Cırdaxan avtomobil yolunun təmiri ilə bağlı sərəncamından sonra yolun asfaltlanmasına başlanılıb.

İŞ İCRAÇISI AYDIN MƏMMƏDOV: “Yolun 18-ci kilometrliyində torpaq qatının əsası, su keçidləri və kuveytlərin betonlanmasına hazırlıq işləri görülür. Yolun ikinci kilometrliyində isə asfaltlama işlərinə başlamışıq.”

Artıq 1 kilometrə yaxın yol asfaltlanıb. Asfalt qatının kefiyyətinə gəlincə isə.

İŞ İCRAÇISI AYDIN MƏMMƏDOV: “Yol üçüncü dərəcəli texniki göstəricilərə uyğun tikilir. Asfaltın eni 7 metr, çiyinlərlə birgə 12 metr olacaq.”

Kənd sakinləri yolun asfaltlanmasına görə çox sevinirlər. Deyirlər ki, artıq 10 dəqiqəlik məsafəni 1 saata getməli olmayacağıq. 33.8 km uzunluğa malik yolun tikintisi üçün ilkin olaraq 3 milyon manat ayrılıb. İşlərin 2015-ci ilin yayında tam olaraq yekunlaşdırılması planlaşdırılıb.

NİCAT ABDULLAYEV (TTV.AZ)

PAY