Ev Cəmiyyət

Tovuzda uşaq atasının maşınını yandırdı…

PAY
Tovuz Yanğın

Tovuzda 3 yaşlı uşaq atasının maşınını yandırıb. «Qafqazinfo» Anspress-ə istinadən xəbər verir ki, hadisə zamanı uşaq özü də yanıq xəsarətləri alıb.Hadisə Düzqırıqlı kəndində baş verib. Kənd sakini 2011-ci il təvəllüdlü Qəzənfər Elşən oğlu Mehdiyev nəzarətsiz qaldığı vaxt həyətdəki “VAZ 2106” markalı avtomobilə minib. O, hansısa yolla maşında yanğın törədib. Maşının alovlandığını görən valideynləri uşağı maşından çıxarıblar.Qəzənfər Mehdiyev ağır bədən xəsarətlərilə xəstəxanaya yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.

PAY