Ev Cəmiyyət

Milli Dirçəliş Günü münasibətilə Tovuz rayonunda tədbir…

PAY
Tovuz Milli Dirçəliş günü
Milli Dirçəliş Günü münasibətilə Tovuz rayonunda tədbir keçirilib.Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov dövlət müstəqilliyimizin bərpasında və möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan sosial-iqtisadi inkişafdan danışıb.Bildirilib ki, 1988-ci ildə — xalq hərəkatının alovlandığı bir vaxtda Azərbaycana rəhbərlik edən səriştəsiz insanlar mövcud vəziyyəti qiymətləndirə bilməyiblər. Xalqın maraqlarından daha çox imperiyanın maraqlarını düşünən bu insanların siyasi səbatsızlığı üzündən 20 Yanvar faciəsi baş verib. Hakimiyyətdə bir-birini əvəzləyən o vaxt ki, qüvvələr xalqın dirçəlişini mütərəqqi səmtə yönəltmək iqtidarında deyildilər. Məhz o ağır zamanda yenə də ulu öndər Heydər Əliyev xalqın istiqlal ruhunu ölməyə qoymayıb.Tədbirdə qeyd edilib ki, 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirilib. Muxtar respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarılıb. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırılıb. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyulub.

PAY