Ev Cəmiyyət

Tovuzda arıçılıqla bağlı yenilik…

PAY
Tovuz Arıçılıq

Min bir dərdin dərmanı olan balın qapalı qutuda arılar tərəfindən necə istehsal olduğunu izləmək çoxlarımız üçün maraqlıdır. Ana və işçi arıların iş prinsipini, yeşiklərə olan arı hücumlarını rahat izləmək üçün Tovuz sakini bir yenilik edib. İllərdir arıçılıqla məşğul olan Xəyal Qarayev şüşədən arı evləri hazırlayıb.  Tovuz sakininin düzəltdiyi şüşə arıxanada pətəklərin necə balla doldurulmasını aydın şəkildə izləmək mümkündür. Arılar üçün hazırlanan bu yeşiklər isə xarici ökələrdən gətirilən materiallardan düzəldilib.Yay fəslinin quraq keçməsi bir çox sahələr kimi arıçılığa da mənfi təsir göstərib. Məhsuldarlıq demək olar ki, 50% aşağı düşüb. Bu sahədə kifayət qədər təcrübəsi olan arıçı məhsulun azlığına hava şəraitinin elə də təsir etmədiyini deyir. Vacib olan onlara düzgün qulluqdur. Məhsuldarlığın aşağı düşməsi isə qiymətə də təsirsiz ötüşmür.Şüşədən hazırlanan yeşiklərdə ehtiyat ana arılar da saxlanır ki, yazda ehtiyac yaranarsa bunlardan istifadə edilsin. Xəyal Qarayevin sözlərinə görə, şüşədəki arıların məhsulu adi yeşiklərdəkindən heç də az olmur. Qısaca, bu yenilik arıçılığın inkişafını sürətləndirir.(kepeztv.az)

PAY