Ev Cəmiyyət

Tovuz sakininin soxulcan biznesi…

PAY
Tovuz Balıqçılıq

Tovuz sakini maraqlı, daha doğrusu bir qədər qəribə yolla qazanc əldə edir. Rayon sakini Rəşad Məmmədov gündəlik gəlirini soxulcan toplamaqla təmin edir.Tovuzun Hunanlar kəndində yaşayan Rəşad Məmmədov gün ərzində torpağın altından 1400-ə yaxın soxulcan çıxardır. Kür çayına balıq tutmağa gedənlər mütləq onun evinə gələrərək soxulcan alırlar. Rəşad Məmmədov artıq bir neçə ildir ki, bu yolla gündəlik qazanc əldə edir. Daha çox yayda alıcıları bol olan soxulcanın 60-70 dənəsi 1 manata satılır.Yayda gün ərzində 15-20 manata yaxın gəliri olan Rəşad qışda soxulcan toplamaqla qazanc əldə edə bilmir. Qeyd edək ki, bu cür peşə sahibləri tək ölkəmizdə yox, digər respublikalarda da var. Məsələn, Kanadada 1 soxulcan müştəriyə 4 dollara təklif edilir. Hətta bu ölkədə balıqçılar üçün soxulcan yığan şirkət də mövcuddur.

Rahim İbrahimoğlu (kepeztv.az)

PAY