Ev Cəmiyyət

Tovuzun Hunanlar kəndinə qaz xətti çəkilişi…

PAY
Tovuz Qaz çəkilişi

Qarlı, şaxtalı qış günlərinin yaxınlaşması Tovuzdan 16 km uzaqlıqda yerləşən Hunanlar kəndinin sakinlərini tədbirli olmağa tələsdirir. 2 minə yaxın əhalinin yaşadığı bu kənddə mavi yanacağın olmaması əsas problemdir. Sakinlər burada sonuncu dəfə mavi yanacağı 22 il öncə görüblər.20 ildən artıq vaxt ötməsinə baxmayaraq hələ də qaz boruları küçələrdə, məzillərdə qalmaqdadır. Uzun illərdir mavi yanacaqsız qalan kənd camaatı qış fəslində odun sobalarından istifadə edir.Sakinlər deyirlər ki, soyuq aylar üçün tədarük etdikləri odun onlara 500-600 manata başa gəlir ki, bu da heç sərfəli deyil.Tovuzun Kür çayı sahilində yerləşən Hunanlar kəndində mövcud problemlə bağlı Tovuz QİS-ə müraciət etdik. İdarə rəsmisi yaxın vaxtlarda kəndin qazlaşdırılmasına başlanacağını deyir.200-ə yaxın abonenti olan Hunanlar kəndinə mavi yanacağın verilişi üçün 10 km daşıyıcı borularla qaz xətti çəkiləcək. Yararsız vəziyyətə düşən küçə xəttləri yeniləndikdən sonra Hunanlar tam mavi yanacaqla təmin ediləcək.

 Bahadur Şakiroğlu, Rahim İbrahimoğlu (www.kepeztv.az)

PAY