Ev Cəmiyyət

Tovuzun daşınmaz əmlak bazarından son məlumatlar…(video)

PAY
Tovuzda torpag

Tovuzda daşınmaz əmlak bazarında son aylar stabillik hökm sürür. Səbəbsə son dövrlərdə dünyada cərəyan edən böhran, xüsusilə də rus rublunun dəyərdən düşməsidir. Torpaq bazarında isə vəziyyət fərqlidir. Bu da əsasən təkrar mənzil bazarına aiddir. Yerləşdiyi ərazidən asılı olaraq bina evlərində 1 otaqlılar 12-15 min manata, 2 otaqlılar 18-22 min, 3 otaqlı mənzillərin qiyməti 28-30 min manat arasında dəyişir. Ev alqı-satqısı ilə məşgul olan rieltorların sözlərinə görə, regionda daşınmaz əmlakın qiymətinin stabil qalmasına səbəb son dövrlərdə dünyada cərəyan edən böhran, xüsusilə də rus rublunun dəyərdən düşməsidir. Ev almaq istəyən alıcılar əvvələr daha çox həyət evlərinə üz tuturdularsa son zamanlar yeni tikilən binalara tələbat artıb. Həyət evi almaq niyyətində olanlar isə təmirli və komfortlu evlərə üstünlük verirlər.

RİELTOR TOFİQ ƏLƏKBƏROV:“Müasir tipdə tikilən mənzillərə üstünlük verilir. Çünki o mənzillər komfortludur, hər bir tələblərə cavab verir. Bütün kommunal şəraitləri var. Onun üçün alanda, kirayə götürəndə bunlara üstünlük verirlər”.

RİELTOR İLHAM VƏLİYEV: “Avropa stilli evlərə yəni hamam, mətbəxt hamısı evin içində olan evlərə üstünlük verirlər. 2 mərtəbəli ev almaq istəyən azdır. O cümlədən kürsülü. Əksəriyyət 2 otaqlı 3 otaqlı ev almaq istəyir”.

Son dövrlərdə Tovuzda torpağın qiymətlərində artım müşahidə olunur. Alıcılıq səviyyəsi aşağı olmasına baxmayaraq qiymətlər son aylarda ilin əvvəli ilə müqayisədə 10-15 faiz bahalaşıb. Hazırda mərkəzi yerlərdə 1 sot torpağın qiyməti 2000-2500 manata təklif olunur. Şəhər kənarında isə bu qiymətlər 1000-1500 manat arasında dəyişir.

ELTUN SALMANOĞLU (TTV.AZ)

PAY