Ev Cəmiyyət

Tovuzun xəzəl tüstüsü…

PAY
Tovuz Payız tüstüsü

Yerə düşən yarapaqlar tam qurumadığından yandırılan zaman tüstü ətrafı bürüyür ki, bu da bəzi allergiyası olan insanlarda narahatlıq yaradır. Rayon əhalisi toplanan xəzəlləri daha çox səhər saatlarında yandırırlar ki, bu da insanların əhval-ruhiyyəsinə mənfi təsir göstərir.Sakinlər bildirir ki, payızda libasını dəyişən ağacların yarpağından mal-qaranın yemlənməsi üçün də istifadə olunur.Tovuzun kəndlərində isə xəzəli daha çox yandırmağa üstünlük verirlər. Əksər sakinlər bunun əleyhinə olsalar da yenə də küçələrdən, həyət -baclardan tüstü əskik deyil. Torpağa ziyan vurduqlarından xəbərsiz olan kəndlilər, daha çox həyətlərin təmizlənməsinə, ən əsası isə yerə tökülən yarapaqların altında olan həşaratlardan qurtulmaq üçün xəzəlləri alışdırdıqlarını söylədilər. Kənd təsərrüfatı mütəxəsislər isə xəzəlin yandırılmasını doğru hesab etmirlər. Onlar ağacdan düşən yarapağın torpağa qarışıb üst qatı münbitləşdiyini bildirdilər. Bir sözlə qızıl payızın son günlərində tökülən yarapaqları yandırmadan da keçinmək olar. Çünkü mütəxəsislər də belə düşünür…

Rahim İbrahimoğlu (www.qerb.info)

PAY