Ev Cəmiyyət

Tovuzda son ildə 50 nəfərin adını dəyişmək müraciəti…(video)

PAY
Tovuz Ad dəyişmə

Ad insanın kimliyini müəyyən edir. Lakin adlardan qeyri-adi olanları da var ki, valideynlər övladlarına o adlardan verir. Uşaqlar böyüyəndə isə adlarını dəyişmək məcburiyyətində qalır. Bəs  ən çox hansı adları dəyişirlər?Valideynlərin övlad qarşısında vəzifələrindən biri də ad qoymaqdır. Elə bir ad qoymaq lazımdır ki, uşaq o adı daşıyanda ömrü boyu məsuliyyət daşısın.Keçmişdə Azərbaycanda yeni doğulan uşaqlara adların verilməsinə o dövrün həm ictimai, həm də siyasi vəziyyəti də təsir göstərib. Məsələn, ərəb və ya fars dövlətlərinin Azərbaycana güclü təsiri olduğu dövrlərdə uşaqlara daha çox ərəb və fars adları qoyulub. Keçmiş SSRİ-nin mövcüd olduğu illərdə isə bəzi valideynlər öz körpələrinə rus və ya sovet ideologiyasına uyğun adlar veriblər. Lakin sakinlər indi  belə adlardan imtina edirlər. Bir çox vətəndaşlar öz adlarını cinsinə uyğun gəlmədiyi, mənafeyinə xələl gətirdiyi, gülünc səsləndiyi üçün dəyişir.

TOVUZ RAYON QEYDİYYAT ŞÖBƏSİNİN RƏİSİ KİFAYƏT İSMAYILOVA: “O gün bir oğlanın adını dəyişdim. Adını Türkan qoyublar. Dəyişdi Məhəmməd etdi.Bax belə oğlanlara gülünc adlar qoyublar. Bax belə-belə adlara bəli müraciət edillər dəyişirik.Yəni  hər bir vətəndaş Azərbaycan vətəndaşı  18 yaşından yuxarı soyadını ata adını adını dəyişməyə hüququ var.”

Mülki Qanunvericiliyə əsasən, hər bir fiziki şəxsin ad, soyad  seçmək hüququ var.Qızlar ailə quranda soyadlarını dəyişirlər. Belə hallarda qızın ali təhsili olarsa, gələcəkdə bəzi problem yarada bilər.

TOVUZ RAYON QEYDİYYAT ŞÖBƏSİNİN RƏİSİ KİFAYƏT İSMAYILOVA: “ İndiyənə kimi bu 1il ərzində 50 nəfər müraciət edibdir. Burada da ən çox müraciət edirlər xanımlarımız. O vaxt təhsilli olublar diplomları olubdu. Familyalarına kişinin familyasını götürüblər. İndi hal-hazırda pensiyaya çıxmaq istəyirlər. Diplomla şəxsiyyət vəsiqəsi düzgün gəlmir deyə müraciət edirlər qızlıq soyadına keçmək üçün.”

Adların uşaqlara verilməsi onun birbaşa psixologiyasına təsir edir.Verilən adlar uşaqlarda özünəinamını artırmalıdır.Çünki adın insana, onun xarakterinə təsiri böyükdür. Gəlin övladlarımıza elə adlar seçək ki, onlar o addan utanıb gələcəkdə dəyişmək məcburiyyətində qalmasınlar.

HİCRAN  NƏSİBOVA (TTV.AZ)

PAY