Ev Cəmiyyət

Tovuzda qaz sızmasından güclü partlayış…

PAY
Tovuz Qazdan partlayış

İnsanlar soyuq havalardan qorunmaq üçün müxtəlif yollarla mənzillərini qızdırmağa çalışırlar. Amma  bəzən adi ehtiyyatsızlıq faciyəyə səbəb olur. Elə Tovuzda son bir həftə ərzində baş verən iki partlayış 3 nəfərin xəsarət alması ilə nəticələnib.

Partlayış o qədər güclü olub ki,ana və qızı  müxtəlif  yanıq xəsarətləri alaraq Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılıblar. Zərərçəkənlərin yaxınlarının bildirdiyinə görə, Bozalqanlı kəndində  yaşayış evinə daxil olan Elnarə Quliyeva və anası Xoşqədəm Quliyeva kibriti alışdırmaq istəyərkən güclü partlayış olub. Nəticədə ümumi sahəsi 36 kv.m olan otağın dam örtüyü,tavanı, pəncərəsi, küçəyə tökülüb. Evin əşyaları isə yararsız hala düşüb.Otağın qızdırılması üçün evə qaz sobası deyil müasir istilik sistemləri quraşdırılıb. Ev sahibi Əli Quliyev hadisə baş verən otağa qaz dolmasını isə yalnız küçədən nasaz borulardan axa biləciyini deyir. Partıyış baş verən küçədə yaşayan sakinlər isə kanalizasiya xətləri yenilənərkən yerin altında olan boru xəttinin zədələdiyini bildirdilər.Tovuz Qaz istismarı sahəsindən  isə partlayışın baş vermə səbəblərini aparılacaq araşdırmalardan sonra məlum olacağını dedilər.

Qeyd edək  son bir həftə ərzində Tovuzda ikinci belə partlayış baş verir ki,bu da ev sahiblərinin xəsarət alması ilə nəticələnir. Belə hadisələri göz önünə alıb ehtiyyatlı olmaq vacibdir…

Rahim İbrahimoğlu (www.qerb.info)
PAY