Ev Cəmiyyət

Tovuzda taxıl sahələrində zərərvericilərə qarşı mübarizə…

PAY
Tovuz Taxıl zəmiləri

Tovuzda taxıl sahələrində zərərvercilərin bitkinin yeni cücərən yarpaqlarına ciddi ziyan vurması halı müşahidə edilib. Yerli bitki mühafizə mərkəzi əməkdaşlarının apardıqları monitorinqlər zamanı fermerləri narahat edən bu zərərvericinin taxıl böcəyi olduğu məlum olub. Bəs bununla necə mübarizə aparmaq olar? Sualın cavabı növbəti materialda.

Taxılı yararsız hala salan bu orqanizmlər taxıl böcəyi və onun sürfələridir. Fermerlərin sözlərinə görə, sahələrini suvarıb hər cür qulluq göstərsələr də bu zərərvericilərə təsir etmir. Əgər vaxtında kimyəvi mübarizə tədbirləri görülməsə, taxılın məhsuldarlığı da az ola bilər.

Fermerlərin çoxunun bu böcək barədə məlumatsız olduğunu nəzərə alaraq Tovuz Bitki Mühafizə Xidmətinin əməkdaşları mübarizə işlərindən öncə onları bu haqda məlumatlandırır. Hazırda sahələrin dərmanlanması prosesi aparılır. Yetkin forması qara, sürfələri isə çirkli ağ rəngdə olan və taxıl sahələrində yaz, yay və payız aylarında aktivləşən  bu zərərvericilər əsasən gecələr fəaliyyətə keçirlər.

Bitki mühafizə xidmətinin əməkdaşları yoxlamalar zamanı rayonun əsasən Aşağı Mülkülü, Qədirli, Xatınlı, Qaraxanlı, və Qovlar  ərazisində bu böcəyin taxıla zədə vurduğunu aşkar ediblər. Hava şəraiti əlverişli keçəcəyi müddətdə mərkəzin əməkdaşları kimyəvi mübarizə işlərini dekabrın sonuna qədər davam etdirməyi planlaşdırır.

Rahim İbrahimoğlu (KEPEZTV.AZ)

PAY