Ev Cəmiyyət

Tovuzda su sayğaclarına müdaxilələr…

PAY
Tovuz Su sayğacları...

Tovuzda bəzi sakinlərin su sayğaclarına müdaxilələr etdiyi aşkarlanıb. Rayon Su Kanal İdarəsinin əməkdaşlarının keçirdikləri reyd zamanı həmin abonentlərin mənzillərinə suyun verilməsi müvəqqəti dayandırılıb.Tovuzun Avaztəpə yaşayış massivində bir neçə evdə yoxlamalar zamanı sayğacdan kənar borular üzə çıxıb. Yaşayış massivin sakinləri sayğacın filtr hissəsinə müdaxilə edərək onun işinə mane olmaqla pulsuz su əldə etmək qərarına gəliblər. İdarə əməkdaşlarının dəfələrlə şifahi xəbərdarlıqlarına baxmayaraq, vətəndaşlar bu tələbə məhəl qoymadan qanunsuz əməllərini davam etdiriblər. İsrafçılıq hallarının qarşısını almaq üçün Tovuz Su Kanal İdarəsinin əməkdaşları sayğaca müdaxilə edən sakinlərin mənzillərinə suyun verilməsini müvəqqəti dayandırıb. Bu zaman narazılıqlar yaransa da əməkdaşlar bu cür müdaxilələrə yol verənləri 1000 manatdan 3 min manatadək cərimə gözlədiyini diqqətə çatdırıb.Tovuz Su Kanal İdarəsindən bildirilib ki, sayğacın filtrinə müdaxilə olunması  avadanlığın daha tez xarab olmasına da gətirib çıxarır.Qanundan kənar halların aşkarlanması və müvafiq tədbirlərin görülməsi üçün təşkil edilən reydlər növbəti aylarda da davam etdiriləcək…

 

PAY