Ev Cəmiyyət

Almaniyada keçirilən » Azərbaycan Mədəniyyət Günü» …

PAY
Tovuz Almaniya

Tovuz Almaniya

«Tovuzlular» -ın məlumatına görə  “Thuringen Azerbaijani Students Association” (Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyası) dekabrın 20-sində Almaniyanın Türingiya vilayətinin Yena şəhərində “Azerbaijan Culture Day” adlı tədbir keçirdi. Fridrix Şiller adına Yena universitetində keçrilən tədbirdə Türingiya vilayətinin müxtəlif universitetlərində təhsil alan alman və digər xarici tələbələr, eyni zamanda yerli sakinlər iştirak etmişdir.

“ Azərbaycan Mədəniyyət Günü ” adlı tədbirin aparıcısı Şəlalə Yusifova ilk öncə çıxış üçün sözü “TASA”-nın sədri Alı Adıgözələ verdi. Təşkilatın sədri qonaqları salamladıqdan sonra, Azərbaycanın tarixi haqqında ümumi məlumatı tədbir iştirakçılarının nəzərinə çatdırdı.  Alı Adıgözəl çıxışında Azərbaycanın  dünyada gənc ölkə kimi tanındığını, lakin ölkəmizin tarixi dövlətçilik ənənələrinə malik olduğunu da qeyd etdi.

Sonra, təşkilat üzvlərinin Azərbaycan haqqında hazırladıqları təqdimatlar nümayiş olundu. Azərbaycan coğrafiyası haqqında Murad Calalov, mədəniyyəti haqqında Dəryən Rüstəmov və  Azərbaycanın iqtisadi imkanları barədə Bəhlul Məhərrəmov  təqdimatla çıxış etdilər. Tədbir iştirakçılarının daha çox diqqətini cəlb edən isə alman tələbə Pia Plappertin Azərbaycan idmanı haqqında hazırladığı təqdimat oldu. Pia Plappert çıxışı zamanı ölkəmizi tanımağında Azərbaycanda keçirilən beynəlxalq yarışların və azərbaycanlı tələbə yoladaşlarının böyük rolu olduğunu dedi. Sonra isə ölkəmizin idman ənənələri və 2015-ci ildə Bakıda keçiriləcək ilk “Avropa Yay Olimpiya Oyunları” barədə ətraflı məlumat verdi.  Almaniyalı tələbə Azərbaycanı Avropada uğurlu təmsil edən “Qarabağ FK”- nu xüsusi vurğuladı. Pia Plappert “Qarabağ FK”-nun ev oyunlarını Bakıda keçirməsinə toxunaraq, bunun Qarabağın işğal altında olması ilə əlaqədar olduğunu qeyd etdi.

Tovuz Almaniya

Azərbaycan haqqında geniş təqdimatdan sonra, tədbir iştirakçılarına nümayiş olunan mövzular barədə müxtəlif suallar verildi və qaliblər Azərbaycana aid hədiyyələrlə mükafatlandırıldı. Tələbələrin ifasında Azərbaycan milli rəqsindən nümunələr göstərildi. Alman qızla azərbaycanlı tələbənin “naz eləmə” rəqsini nümayiş etdirməsi böyük coşqu və alqışla qarşılandı.

Tədbirin sonunda iştirakçılar Azərbaycan stendində ölkəmizi əks etdirən müxtəlif kitablar, jurnallar, fotolar və milli geyimlərlə tanış oldular.

PAY