Ev Cəmiyyət

Tovuzda Dünya Azərbaycanlılarının Həmrəyliyi bayram…

PAY
Tovuz Həmrəylik günü

Tovuzda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib.Dekabrın 27-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Tovuz rayonunda tədbir keçirilib.AzərTAc xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları, idarə və təşkilatların rəhbərləri, ictimai-siyasi və sosial-iqtisadi həyatında xidmətləri olan şəxslər, ziyalılar, fəal gənclər iştirak ediblər.Çıxış edənlər 2014-cü ilin ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında əlamətdar hadisələrlə yadda qaldığını bildiriblər. Vurğulanıb ki, ölkəmiz bu il də Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlara imza atıb. Azərbaycanın regionlarında geniş vüsət alan sosial-iqtisadi inkişaf, quruculuq və abadlıq işləri Tovuz rayonunda da yüksələn templə davam etdirilir.Tədbirdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixindən və əhəmiyyətindən, azərbaycanlıların milli birliyinin və həmrəyliyinin gücləndirilməsində ulu öndər Heydər Əliyevin xidmətlərindən, Prezident İlham Əliyevin Azərbaycan diasporunun inkişafı ilə bağlı gördüyü mühüm işlərdən ətraflı söhbət açılıb.
Bayram tədbiri konsert proqramı ilə davam etdirilib.

 

PAY