Ev Cəmiyyət

Səlahəddin Dərvənd “Turan Tovuz”da…

PAY
Tovuz Turan

Badri Kvatarsxeliyanın gedişindən sonra məşqçi axtarışına çıxan “Turan Tovuz”da bu problem artıq arxada qalıb. Belə ki, klub Tovuz futboluna heç də yad olmayan məşqçiyə, türkiyəli mütəxəssis Səlahəddin Dərvəndlə razılığa gəlib. 2004-2006-cı illərdə köməkçi, 2008-ci ildə isə “Turan”da baş məşqçi işləmiş Dərvənd bu gün Tovuza gəlib və futbolçulara təqdim olunub. Təqimat mərasimində klubun prezidenti Namiq Məstanov yeni baş məşqçi haqda xoş sözlər söyləyib və klubun gələcək planları və strategiyası haqda həm məşqçiyə həm də futbolçulara məlumat verib. Səlahəddin Dərvənd isə öz növbəsində yenidən Tovuzda olduğu üçün şad olduğunu, Azərbaycanın da onun vətəni olduğunu bildirib və tərəddüd etmədən yenidən Tovuzda çalışmaqdan məmnunniyyət hissi duyduğunu deyib. Komandanın kapitanı Asəf Qədiri də yeni baş məşqçilərinə komanda adından uğurlar arzulayıb və sağlam kollektiv sayəsində onun rəhbərliyi altında uğurlar əldə edəcəklərinə inandığını bildirib.Qeyd edək ki, Səlahhədin Dərvəndlə sabah rəsmi müqavilə imzalanacaq və məşqçinin mətbuat konfransı keçiriləcək.( qerb.info)

 

 

PAY