Ev Cəmiyyət

Tovuzda yanğın…

PAY
Tovuz Yanğın

Tovuzda gecə saatlarında yaşayış evi və ona bitişik ərzaq mağazası yanıb. Güclü yanğın rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Hadisə yerinə Tovuz Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və 15-ə yaxın canlı qüvvəsi cəlb edilib və yanğın söndürülüb. Yanğın zamanı ümumi sahəsi 210 kv.m olan, birmərtəbəli 10 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 55 kv.m sahədə və evə bitişik ümumi sahəsi 25 kv.m olan ərzaq mağazasının yanar konstruksiyaları içərisində olan mallarla birgə yanıb. Obyekti icarəyə götürüb ərzaq malları satışını həyata keçirən Mahmud Əsədov mağazanı bağlayıb evə getdikdən bir neçə dəqiqə sonra hadisənin baş verdiyini deyir. Sahibkarın sözlərinə görə, yanğın hadisəsi zamanı mağazada 30 min manata yaxın ərzaq malları yanıb…(qerb.info)

PAY