Ev Cəmiyyət

20 Yanvar faciəsindən 25 il ötür…

PAY
Tovuz 20 yanvar

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 25 il keçir.Bununla bağlı Azərbaycanda Ümumxalq hüzn günü elan olunub.Azərbaycanın hökumət və dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edirlər. Vətəndaşlar 20 saylı orta məktəbin qarşısından Parlament prospekti ilə Şəhidlər Xiyabanı istiqamətində hərəkət edirlər.Yanvarın 20-də Bakı Polis Qarnizonu gücləndirilmiş rejimdə işləyir. 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Daxili İşlər Nazirliyində hazırlanmış tədbirlər planına əsasən, yanvarın 20-si səhər saat 8-dən axşam saat 18-dək Parlament prospekti və Mehdi Hüseyn küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılır.Dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir. Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilir, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verir. Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endirilir.1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.1994-cü ildə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib.Faciə zamanı 137 nəfər öldürüldü, 744 nəfər ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, şəxsi və dövlət əmlakı dağıldı. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi qeyd edilir.Allah bütün şəhidlərimizə rəhmət eləsin!

PAY