Ev Cəmiyyət

Qənirə Paşayevanın kitab təqdimatı…

PAY
Tovuz Qənirə Paşayeva

Tovuz rayonunda, 1 saylı Düz Qırıqlı kənd orta məktəbində millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu kitabların «Məndən sonra …», «Səndən sonra …», «O…», «Dünyanı dəyişən alimlər», «Hesab vaxtı» , «Aşk deyince ötesini arama …» və. s kitablarının təqdimatı və imzalanması keçirilib.   Millət vəkili Qənirə Paşayeva  həyatdan  köçmüş  bütün dəyərli müəllimləri rəhmətlə yad edərək  təhsil aldığım məktəbdə kitablarımın təıqdimatı və imzalanmasının keçirilməsi  bir başqa duyğudur  və  məktəbin  kollektivinə  bunun  üçün təşəkkür edirəm deyib.  Müəllifi olduğu kitablar haqqında məlumat verən  millət vəkili, «Avrasiya Beynəlxalq  Araşdırmalar  İnstitutu»  İB-nin  rəhbəri  Qənirə  Paşayeva bildirib ki, ölkəmizin möhkəmliyi üçün gələcək nəslin nümayəndələrinin savadlı, təhsilli və elmə meyilli və zəngin dünyagörüşünə malik olması əsas şərtdir. Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağın  meyilli olması əsas şərtdir deyən millət vəkili Qənirə Paşayeva  inkişafın yolunun kitabdan, oxumaqdan, öyrənməkdən keçdiyini və «müəllifi olduğum kitablar sizi xoşuna gələrsə, bundan məmnun qalaram» deyib.

PAY