Ev Cəmiyyət

Tovuzda hərbçilərin avtomobil qəzası…

PAY
Tovuz Hadisə

Tovuzda gecə saatlarında qəza baş verib. Rayonun Öysüzlü kəndi ərazisində qeydə alınan hadisə zamanı «VAZ 21-06» markalı avtomobil yoldan çıxaraq bir neçə dəfə çevrildikdən sonra yol kənarındakı tikiliyə çırpılıb. Qəza o qədər şiddətli olub ki, sürücü Şəmkir rayon sakini Orxan Quluzadə və onun sərnişini Beyləqan rayon sakini Tural Əhlimanlı ağır bədən xəsarətləri alaraq Tovuz Mərkəzi rayon Xəstəxanasına aparılıb. Hadisə şahidlərinin sözlərinə görə, kənddən Tovuz istiqamətinə gedən «VAZ 21-06» sürət həddini aşıb. Qəfil idarə etməni itirən sürücü sükana hakim ola bilmədiyindən qəza baş verib ki, nəticədə avtomobil bir neçə dəfə çevrilib və təkəri sınaraq avtomobildən bir neçə metr uzaqlığa düşüb. İlkin ehtimallara görə, qəzaya səbəb yüksək sürət olub. Hadisə zamanı xəsarət alanların isə hərbçilər olduğu bildirilir. Faktla bağlı Tovuz Polisi araşdırmalara başlayıb…

PAY