Ev Cəmiyyət

Tovuzun Əlibəyli kəndində atışma…(video)

PAY
Tovuz Əlibəyli atışma

Ermənistan silahlı qüvvələri Tovuzun Əlibəyli kəndini intensiv atəşə tutub. Kənd sakinlərinin evlərinə və təsərrüfatına ziyan dəyib. İriçaplı silahlardan atılan mərmilər düşmən poostlarından görünən evlərin damına, hasarlarına, pəncərələrinə ziyan vurub. Atılan mərmilərdən biri isə evin damından tavanı deşərək içəridə yatan körpədən az məsafədə yan ötüb. Düşmənin bu dəfəki təxribatı zamanı kəndə dəyən ziyan bununla bitmir. Kənd sakini Mayıl Bayramovun şəxsi təsərrüfatında olan xırdabuynuzlu heyvanlara da güllə dəyib. Kənd sakinləri deyir ki, bu dəfə də ordumuz düşmənin layiqli cavabını verərək, susdurub. Kənd sakinləri onu da bildirdi ki, Ermənistan ordusu ilk dəfədir ki, kəndi günorta saatlarında atəşə tutur. Onlar deyir ki, düşmən adətən gecə saatlarında işıq gələn yerlərə atəş açırlar.

CÜMŞÜD BAYRAMLI

PAY