Ev Cəmiyyət

Tovuzda meşə sahələri genişləndirilir…(video)

PAY
Tovuz Meşə təsərrüfatı
 Tovuzda meşə sahələri genişləndirilir. Bu aydan etibarən yol kənarlarında da ağacların əkilməsinə başlanılıb.Ötən il Tovuzdakı yolların kənarına  4 mindən çox ağac əkilib. Bunlar əsasən Xan çinarı, Eldar şamı, Palıd və sərvdir. Bir neçə gündür ki, növbəti ağacəkmə kompaniyasına start verilib və bu il yol kənarlarına ümumilikdə 6 minə qədər ağacın əkilməsi nəzərdə tutulub.  Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Şəmkir, Tovuz, Gədəbəy ərazisindən keçən hissəsində bu işi 8 saylı yol yaşıllaşdırma idarəsi həyata keçirir. Hazırda idarənin 112 nəfər işçisi sahələrə ezam olunub. Müsahibim deyir ki, iş ağacların əkilməsi ilə yekunlaşmır. Əsas mərhələ onlara qulluqdur. İlin əvvəlindən yağıntının az olması isə yeni əkilən ağacların suvarılmasında bir sıra problemlər yaradır. İndi əkinlə yanaşı budama, xəstəliklərə və ziyanvericilərə qarşı profilaktik tədbirlər də görülür.

ANAR BÜRCƏLİYEV (TTV.AZ)

PAY