Ev Sosial

ASAN xidmət Tovuzda …

PAY
Tovuz ASAN xidmət

Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar torpaq sahələri və digər daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi məqsədilə ASAN xidmət tərəfindən aparılan işlər bölgələrdə davam edir. Bu məqsədlə səyyar qruplar boru kəməri keçən rayonlarda işlər aparır. Artıq bu gündən ASAN xidmət Tovuzda bu rayondan olan sakinlərin sənədləşdirmə işini asanlaşdırır. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Milli Arxıv İdarəsi, Daxili İşlər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ,həmçinin yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən həyata keçrilir.
Qeyd edək ki, kəmərin Tovuz rayonundan keçən hissəsinə yaşayış məntəqlərindən 820 qədər mülkiyyətçi düşür. Boru Kəmərinin Azərbaycandan keçən hissəsi 400 kmdən artıq olmaqla 12 rayonun ərazisini əhatə edir. Bunların da demək olar ki, bir çoxunda sənədləşmə işləri artıq yekunlaşıb.
Qeyd edək ki, ASAN xidmət əməkdaşları növbəti günlərdə Ağstafada bu rayonun sakinlərinə xidmət göstərəcək. (qerb.info)

PAY