Ev Cəmiyyət

Tovuz sakinlərinin tibbi müayinəsi…(video)

PAY
Tovuz Tibbi müayinə

Tovuz rayonunun ucqar dağ kəndlərində tibbi müayinə aparılır. Rayon Mərkəzi Xəstəxanasından gedən həkim heyəti əhaliyə həm profilaktik, həm tibbi yardım göstərib. Daha ətraflı əməkdaşımız Şəhla Poladova məlumat verəcək.Tovuzun ucqar dağ kəndlərində əhalinin tibbi müayinəsinə başlanılıb. Müxtəlif ixtisaslardan ibarət olan həkim heyəti kənd əhalisinin kütləvi müayinəsini keçirir. Müraciət edən şəxslər arasında qan azlığı, ürək əsəb xəstəkilklərindən əziyyət çəkənlər üstünlük təşkil edir.Dağ kəndlərinin sakinləri bir çox hallarda öz təşəbbüsləri ilə həkimə müraciət etmədiklərini etiraf edirlər. Buna səbəb bir tərəfdən yolun uzaqlığıdırsa, digər səbəb sağlamlıqlarına laqeyd yanaşmalarıdır. Həkimlərin isə  onların evinə qədər gəlmələrini kəndlilər razılıqla qarşılayır. Müayinə zamanı aşkarlanan ciddi xəstəliklərlə bağlı kansulium keçirildi və belə xəstələrin şəfa tapması üçün Bakı şəhərində yerləşən xəstəxanalara göndəriş verildi. May ayına qədər bu aksiya rayonun digər kəndlərində də davam edəcək.

ŞƏHLA POLADOVA (ttv.az)

PAY