Ev Cəmiyyət

Tovuzda satış mərkəzlərinin kilidli qapıları…

PAY
Tovuz Market

Son günlər manata nisbətən dolların bahalaşması bəzi bölgələrdə mağazaların bağlanmasına səbəb olub. Ötən gün axşama yaxın Tovuzda əhaliyə xidmət göstərən bir neçə satış mərkəzi qapılarına kilid vurub.Rayon sakinlərinin sözlərinə görə, günün ikinci yarısından başlayaraq gün ərzində 10 saata yaxın xidmət göstərən marketlər fəaliyyətlərini dondurublar. Qarşılaşdıqları bu vəziyyət sakinləri narahat edir.Qazaxda da bir neçə satış mərkəzinin qapılarına kilid vurulub. Sakinlər bildirir ki, dolların bahalaşmasını bəhanə edən satıcılar məhsulların qiymətini də artırıblar. Dəyişiklik əsasən tütün məmulatları və içkilərin satışında özünü göstərib.  Sakinlərin sözlərinə görə, mağaza sahibləri obyektləri bağlı saxlamaqla məhsulları ucuz satmamaq fikrindədilər.

Rahim İbrahimoğlu (kepeztv.az)

PAY