Ev Cəmiyyət

Tovuzda iribuynuzlu mal-qaranın tələf olma səbəbləri…

PAY
Tovuz Mal-qara

Tovuz Mal-qara

Şəxsi təsərrüfat sahibləri  diqqətli olsunlar…Tovuzda bir gecədə 6 baş iribuynuzlu heyvan tələf olub.Təsərüffat sahibi Qabil Məmmədov mal-qara saxlanan tövləyə yaxınlaşan zaman 10 baş iribuynuzlu  heyvanın köpərək can verdiyini görüb.Dərhal sahə baytarlarını məlumatlandıran rayon sakini canlıları xilas etməyə cəhd göstərib. Heyvan sahibinin sözlərinə görə,28 baş iribuynuzlunun saxlandığı tövləyə ot veriləndən sonra hadisə baş verib. Təsərüffat sahibi Qabil Məmədov ilkin ehtimal kimi mal-qaranın tələf olmasını ot bağlamalarına vurulan siçan dərmanın təsirindən ola biləcəyini  iddia edir.Ətlik istiqamətli heyvanlar saxlanılan təsəsrüffatda baş verən ölümün qarşısını almaq üçün Tovuz baytarlıq idarəsinin həkimləri qabaqlayıcı tədbirlər görüblər. Baytarlar heyvanların ölüm səbəbini  dəqiq müəyyən etmək üçün iribuynuzluların müxtəlif orqanlarından müayinələr götürərək laboratoriyaya  göndəriblər.Təsərüffat sahibi Qabil Məmmədov ot bağlamalarını Ağstafa rayonundan aldığını, bu günə qədər ilk dəfədir ki,belə halla rastlaşdığını bildirdi. Qeyd edək ki, siçan və digər həşəratlar ot bağlamalarının ipini kəsib yararsız hala saldığından, satıcılar bəzən onları məhv etmək üçün bu cür dərman vasitələrindən istifadə edirlər. Amma bu heç də yaxşı nəticə vermir. (qerb.info)

PAY