Ev Cəmiyyət

Tovuzda qadınlar günü…

PAY
Tovuzlular 8 mart
Martın 5-də Tovuz Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 Mart — Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib.AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən rayon İcra hakimiyyətinin başçısı Tofiq Zeynalov əlamətdar gün münasibətilə qadınları təbrik edib və onların rayonun ictimai-siyasi həyatında fəal iştiraklarını diqqətə çatdırıb. Qeyd edilib ki, Azərbaycan özünün dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra qadınların həyatımızın bütün sahələrində fəallığı artıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə qadınların ölkənin ictimai-siyasi həyatında iştirakı üçün geniş imkanlar yaradılıb.Bildirilib ki, Prezident İlham Əliyev də qadınların Azərbaycanın inkişafına verdiyi töhfəni, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı rolunu yüksək qiymətləndirir.Çıxış edən qadınlar onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.Tədbirdə rayonun ictimai-siyasi həyatında fərqlənən qadınlara fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim edilib.

PAY