Ev Cəmiyyət

Tovuzlu qadının bərəkətli əlləri…

PAY
Tovuz Calaq vurma

Calaq vurmaq daha çox kişilərin gördüyü bir işdir. Zərif cinsin nümayəndəsi olub bunu bacarmaq isə o qədər də asan görünmür.Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hazırda Tovuzda yaşayan 70 yaşlı Südabə Qasımova 15 ilə yaxındır ki, ağacları calaq etməklə məşğuldur. Südabə xanımın sözlərinə görə, yaz calağı digərlərinə nisbətən daha tez tutur. Ancaq digər sahələrdə olduğu kimi, calaq işinin də çətinlikləri var. Tovuz sakini calaq işində ən çox zəhmət tələb edənin xartut bitkisi olduğunu bildirir.Yaşının bu çağında vurduğu calaqların demək olar ki, hamısı tutur. Onun bu bacarığına həsəd aparanlar da az deyil. S.Qasımova deyir ki, caladığı ağacları əsasən qohum-əqrəbasına pay verir.Onun bu işdə bir özəlliyi də var ki, digər calaqçılardan fərqli olaraq ağacın calaq hissəsinə şüşə qab keçirərək onu soyuqdan və digər təhlükələrdən qoruyur.

PAY