Ev Cəmiyyət

Tovuzun sərhəd kəndlərində Novruz hazırlıqları…

PAY
Tovuz Bayram

Tovuzun düşmən tərəfdən tez-tez atəşə məruz qalan kəndlərindən biri də Ağdamdır. Bu yaşayış məntəqəsinin sakinləri artıq güllə səslərinə öyrəşiblər. Sərhəd kənddə əhval-ruhiyyə yüksəkdir, sakinlər orduya güvənib şadyanalıqla bayram tonqalları alovlandırır. Ermənistanla sərhəddə yerləşən Ağdam kəndində Novruzun gəlişini səbirsizliklə gözləyirlər. Ağdam sakinləri kiçikli-böyükülü kəndin mərkəzində alovlandırılacaq tonqalın ətrafına tələsirlər. Sakinlərdən kimisi odun yığır, kimisi də çərşənbə tonqalını alovlandırmağa hazırlaşır. Daha çox uşaqların canfəşanlığı hiss olunduğu kənddə az keçmir ki, bayram tonqalları alovlandırılır. Qara zurna, nağarada ifa olunan musiqilər isə sakinləri daha da sevindirir. Kəndlilər bildirir ki, ermənilər bir neçə dəqiqə öncəyədək atəş açırdılar. Buna baxmayaraq, sərhəd kənddə adət-ənənəyə uyğun bayram keçirilir.Ağdam kəndinin sakinləri Azərbaycan ordusuna güvənərək heç bir çərşənbəni tonqalsız qeyd etmirlər. Ermənilər kənddə musiqi səsi eşidən, tonqal görən kimi atəş açsa da ordumuzun layiqli cavabı düşməni susudurur.Sərhəd kənddə yaşayan sakinlər təsərrüfat sahələrində çalışdıqları iş günlərinin əvəzini indi bayram süfrəsində dincəlməklə çıxırlar. Hər bir evdə süfrələri şəkərbura, paxlava, yeni cücərdilən səməni bəzəyir.

Rahim İbrahimoğlu (kepeztv.az)

PAY