Ev Cəmiyyət

Tovuz rayonunun Əyyublu kəndində yeni ticarət mərkəzi …

PAY
Tovuz Ticarət mərkəzi

Tovuz rayonunun Əyyublu kəndində yeni ticarət mərkəzi istifadəyə verilib. Mərkəzdə inşaat və kənd təsərrüfatı, məişət avadanlıqlarının topdan və pərakəndə satışı həyata keçirilir.Əyyublu kənd sakini Ramiz Çıraqlı AZƏRTAC-a bildirib ki, əvvəllər kənd əhalisi bu malları almaq üçün Şəmkir rayonuna və ya Qovlar şəhərinə getməli olurdular. Bu isə həm vaxt, həm də vəsait itkisinə gətirib çıxarırdı. Kənddə ticarət mərkəzinin açılması yerli əhalinin sevincinə səbəb olub.
Mərkəzin xidmətindən qonşu kəndlərin sakinləri də yararlanacaqlar.


PAY